İki nəfər xəstəxanaya yerləşdirildi - Azərbaycanda koronavirus şübhəsi

Həkim müşahidələri davam edir

Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, fevralın 24-ü yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Məlumata görə, onlar 1995-ci il təvəllüdlü Azərbaycan və 1998-ci il təvəllüdlü İran vətəndaşlarıdır.

Qeyd edilib ki, xəstəxanaya yerləşdirilənlər İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər. Xəstə insanlarla heç bir kontaktları olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir az yüksək olub. Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir.