Mart ayına olan hava proqnozu Mart ayına olan hava proqnozu
  • Toplum
  • 28 Fevral 2020 14:15
  •  2 619

"Dərdlə gəlib, dərdlə çıxan" ayın havası açıqlandı

Mart ayına olan hava proqnozu

Ölkə ərazisində mart ayına olan hava proqnozu açıqlanıb.

Qeyd edək ki, mart ayı əsasən, qrip, sətəlcəm, qızdırma və s. kimi xəstəliklərin ayı kimi də tanınır. Elə xalq ədəbiyyatında, xalq deyimində də "mart gəldi dərd gəldi, mart çıxdı dərd çıxdı" kimi məşhur bir ifadə də var. Sinoptiklərin bu il üçün verdiyi proqnozuna nəzər saldıqda, xalqın mart ayı haqqında yanılmadığının bir daha şahidi oluruq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzNews.az-a verilən xəbərə görə, mart ayında hava şəraitində keçid dövrünə xas olan tez-tez dəyişiklik müşahidə olunur.

Ay ərzində ümumi temperatur rejiminin dəyişkən olmasına baxmayaraq, orta aylıq temperaturun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 5-8 dərəcə isti (gecələr 5-10, gündüzlər 9-14, bəzi günlərdə 16-19 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normaya yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 20-27 mm) ehtimal olunur.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 9-14, bəzi günlərdə 18-20 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 22-44 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 1-4 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 15-18 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (42-52 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 6-8 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək isti, gündüzlər 10-15, bəzi günlərdə 19-21 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (19-48 mm) gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 3-7 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 16-19 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 23-90 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 7-9 dərəcə isti (gecələr 5-10, gündüzlər 11-16, bəzi günlərdə 19-22 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 24-45 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 6-8 dərəcə isti (gecələr 4-9, gündüzlər 8-13, bəzi günlərdə 15-19 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 56-112 mm) gözlənilir.