Onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir Onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir
  • Toplum
  • 29 Mart 2020 17:33
  •  1 503

Daha 27 nəfərdə koronavirus aşkarlandı

Onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir

Azərbaycanda 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Operativ Qərargahdan AzNews.az-a daxil olan məlumata görə, həmin şəxslərdən 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti isə stabildir.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.