Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb
  • Toplum
  • 1 Aprel 2020 19:57
  •  2 302

DİM-in vəzifələri artırıldı

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb

“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilib.

AzNews.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla Dövlət İmtahan Mərkəzinin vəzifəsi artırılıb.

Nizamnamədə qeyd olunub ki, DİM müasir informasiya texnologiyaları tətbiq etməklə, tələbələr və magistrlər haqqında informasiya resurslarını formalaşdırır və onların analitik təhlilini aparır.

Fərmanla müəyyənləşib ki, bundan sonra DİM peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirmiş gənclərin uçotunu elektron qaydada aparacaq.