Hazırda həmin şəxslər Rusiya-Azərbaycan sərhədini keçib Hazırda həmin şəxslər Rusiya-Azərbaycan sərhədini keçib
  • Toplum
  • 26 May 2020 21:19
  •  3 316

Daha 131 azərbaycanlı Rusiyadan təxliyyə olundu

Hazırda həmin şəxslər Rusiya-Azərbaycan sərhədini keçib

Bu gün daha 131 azərbaycanlının Rusiyadan Azərbaycana qayıtması təmin olunub.

AzNews.az xəbər verir ki, bunu REAL TV-yə açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib.

O bildirib ki, hazırda həmin şəxslər Rusiya-Azərbaycan sərhədini keçib.

"İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılır. May ayının 26-da ilkin olaraq 104 nəfər sərhəddi keçməli idi. Buna baxmayaraq, Azərbaycana keçənlərin sayını artırmaq mümkün oldu. Təbii ki, sərhədi keçmək istəyənlər çoxdur. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, - deyə Elnur Hüseynov bildirib.

O bildirib ki, hazırda Rusiyadan Azərbaycana keçmək istəyən 600-dən çox adam var.