52 sərnişin barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib 52 sərnişin barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib
  • Toplum
  • 20 İyun 2020 17:12
  •  2 588

Postda dayanmayan avtobus sürücüləri saxlanıldı

52 sərnişin barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib

İyunun 18-də saat 8-dən iyunun 19-da saat 8-dək olan müddətdə Bakı-Qazax yolunun 65-ci kilometrliyində, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində “COVID-19” xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda polis əməkdaşlarının “Saxla!” tələbinə tabe olmayıb hərəkətini davam etdirmiş dörd sərnişin avtobusu saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib.

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, sürücülər və 52 sərnişin barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib.

Sürücülər polis əməkdaşlarına tabesizlik göstərdiyinə görə Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinə təhvil veriliblər.