Karantin rejimi dövründə Karantin rejimi dövründə
  • Toplum
  • 6 İyul 2020 13:15
  •  3 927

"Yas mərasimi keçirmək cəmiyyətə hörmətsizlikdir"

Karantin rejimi dövründə

Karantin rejimi dövründə yas mərasimi keçirmək mədəniyyat məsələsidir, cəmiyyətə münasibət göstəricisidir. Bu, əslində cəmiyyətə hörmətsizlikdir.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat qanunlara əməl etməyin vacib olduğunu vurğulayıb: "Allah ölənlərə rəhmət etsin, bizim yas mərasimi keçirmək ənənəmiz var. Lakin o demək deyil ki, belə ağır vaxtda çadır qurasan, 100-lərlə insanı dəvət edəsən, onların xəstələnməsinə və ya ölməsinə bais olasan. Sən bu yası verirsən ki, ölənə rəhmət oxunusun. Bunun əvəzində insanlar xəstəliyə tutulursa, ölünün ruhu da dinc olmaz.

Qanun hər yerdə birincidir. Yasın olmaması barədə qanun varsa, demək əməl edilməlidir. Başsağlığını telefonla da vermək olar. İnsanları toplamaqla, ehsan verməklə Allahın ölüyə münasibəti dəyişməyəcək, yeri bərk və ya boş olmayacaq”. (Azvision.az)

AzNews.az