• Toplum
  • 6 İyul 2020 14:45
  •  1 854

Jurnalistləri təhqir edən şəxs həbs edilib

O iş adamı Fətulla Babayevin oğludur

Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq "Fairmont Baku" hotelində istirahət edən zaman jurnalistləri təhqir edən, 1992-ci il təvəllüdlü İsmayıl Babayev həbs olunub.

Məlumata görə, İ. Babayev barəsində toplanan materiallar baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.

İ. Babayev məhkəmənin qərarı ilə 20 gün müddətinə azadlıqdan məhrum edilib.

Bakı şəhər Baş Polis İdarəsindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, İsmayıl Babayev ötən gün "Fairmont Baku" hotelində keçirilən əməliyytdan sonra özünün “Instagram”ında jurnalistləri təhqir edib.

"Maşallah, hara gedirik, oralar quruyur. Sağ olsun, hansısa işverənlər paylaşımlarımızı saytlara verdilər və "Fairmont" da bağlandı. Rahat olun, xəbər saytları, bizi buradan da etdiniz. Görək, növbəti istirahətimizi etməyə haranı tapırıq", - deyə o, “Instagram” hesabında paylaşdığı videoda bildirib.

Qeyd edək ki, İ. Babayev iş adamı Fətulla Babayevin oğludur. (APA)

AzNews.az