COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib
  • Toplum
  • 8 İyul 2020 19:46
  •  4 013

Daha 542 nəfərdə koronavirus aşkarlandı

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib

Azərbaycanda 542 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə AzNews.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 21 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 7355 koronavirus testi aparılıb.