Qəbələ rayonunun dağlıq ərazilərinə xırda dənəli dolu düşüb Qəbələ rayonunun dağlıq ərazilərinə xırda dənəli dolu düşüb
  • Toplum
  • 15 İyul 2020 18:23
  •  2 885

Faktiki hava açıqlandı

Qəbələ rayonunun dağlıq ərazilərinə xırda dənəli dolu düşüb

İyulun 15-i saat 17:00-a olan məlumata əsasən Xınalıq, Daşkəsən, Oğuz, İsmayıllı, Altıağac, Xaltan, Qrız, Qəbələ, Şamaxı, Mərəzədə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən AzNews.az-a verilən məlumata görə, düşən yağışın miqdarı Şamaxıda 23, Dəmiraparançay-Qəbələdə 21 mm olub. Yağan leysan yağış nəticəsində Dəmiraparançay və Pirsaatçay Poladlıdan sel keçib.

Saat 14:30-da Qəbələ rayonunun dağlıq ərazilərinə xırda dənəli dolu düşüb.

Şimal-qərb küləyi Qəbələdə 24 m/s, Göyçayda 18 m/s-dək güclənib.