Bakı Nəqliyyat Agentliyinin məlumatı Bakı Nəqliyyat Agentliyinin məlumatı
  • Toplum
  • 12 Avqust 2020 19:30
  •  2 350

BNA: Bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin çoxluğu müşahidə olunur

Bakı Nəqliyyat Agentliyinin məlumatı

Hazırda axşam pik saatı olduğundan bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin çoxluğu müşahidə olunur. Bu səbəbdən yollarda sıxlıq yaranıb.

Bu barədə AzNews.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Qeyd olunub ki, Ş.İ.Xətai prospekti-H.Əliyev prospekti istiqaməti, Tbilisi prospekti-hər iki istiqamət, M. Useynov-hər iki istiqamət, Z.Bünyadov-20 Yanvar dairəsi istiqaməti, Binəqədi şosesi-Binəqədi qəsəbəsi istiqaməti, Babək prospekti-H.Əliyev prospekti istiqaməti, K.Rəhimov küçəsi- Ş.İ.Xətai prospekti, A.Bakıxanov küçəsində sıxlıq müşahidə olunub.

Sıxlıq səbəbindən qeyd olunan küçə və prospektlərdən keçən müntəzəm və ekspres marşrutlar üzrə avtobusların intervalında gecikmələr var.