Vasif Abbasov isə direktor təyin olunub Vasif Abbasov isə direktor təyin olunub
  • Toplum
  • 14 Avqust 2020 13:00
  •  4 451

Ramiz Mehdiyev Əli Abbasovu müşavir təyin etdi

Vasif Abbasov isə direktor təyin olunub

AMEA Rəyasət Heyətinin qərarı ilə əməkdar mühəndis Vasif Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin olunub.

YTP-dən verilən məlumata görə, V. Abbasov parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Qeyd edək ki, indiyədək “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru postunu Əli Abbasov tuturdu. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev Əli Abbasovu özünə müşavir təyin edib.

AzNews.az-a