Bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Operativ Qərargahın brifinqində deyib Bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Operativ Qərargahın brifinqində deyib
  • Toplum
  • 21 Avqust 2020 19:43
  •  2 199

Koronavirusa xas olan əsas əlamətlər açıqlandı

Bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Operativ Qərargahın brifinqində deyib

Koronavirusun dünyada qəbul olunan əsas əlamətləri qızdırma, quru öskürək və halsızlıqdır.

AzNews.az-ın məlumatına görə, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

F.Sədirov bildirib ki, daha sonra gələn əlamətlər isə əzələ ağrıları, başağrıları, ürək bulanmaları, mədə-bağırsaq problemləri və digər əlamətlərdir. Onun sözlərinə görə, heç bir şikayət olmadığı halda dad və iy bilmə hissinin birdən-birə itməsi koronavirusa xas olan bir xarakterdir. Hətta bəzi ölkələrdə bu əlamətin olması virusun müsbət olması ehtimal kimi qəbul edilir.