Bu vəzifəyə filologiya elmləri doktoru, professor Sevinc Novruz qızı Əliyeva təyin edilib Bu vəzifəyə filologiya elmləri doktoru, professor Sevinc Novruz qızı Əliyeva təyin edilib
  • Toplum
  • 22 Avqust 2020 12:29
  •  4 538

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinə direktor təyin edildi

Bu vəzifəyə filologiya elmləri doktoru, professor Sevinc Novruz qızı Əliyeva təyin edilib

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinə direktor təyin olunub.

AzNews.az bildirir ki, "Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə filologiya elmləri doktoru, professor Sevinc Novruz qızı Əliyeva təyin edilib.

Qeyd edək ki, S.Əliyeva daha əvvəl AMEA-nın Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, Baş Nazirin imzaladığı digər sərəncama əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının tərkibi də təsdiqlənib.