Qala qəsəbəsində 216 nömrəli tam orta məktəb üçün yeni bina inşa edilib Qala qəsəbəsində 216 nömrəli tam orta məktəb üçün yeni bina inşa edilib
  • Toplum
  • 26 Avqust 2020 11:05
  •  4 561

Prezident İlham Əliyev və Mehriban Əliyeva məktəbin açılışını etdilər

Qala qəsəbəsində 216 nömrəli tam orta məktəb üçün yeni bina inşa edilib

Bakının Xəzər rayonunun Qala qəsəbəsində yeni inşa olunan 216 nömrəli tam orta məktəbin avqustun 26-da açılışı olub.

AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, 624 şagird yerlik məktəbdə təhsilin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb. Bu təhsil müəssisəsi Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunub.

image description image description