- Toplum
- 1 Sentyabr 2020 09:00
- 3 874
Bakıda sərnişin avtobusu yanıb

Məlumatı FHN yayıb
Bakı şəhərinin Sabunçu rayonunda “Iveco” markalı sərnişin avtobusunun yanar hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.