Qərar 2020-ci il 8 sentyabr tarixindən qüvvəyə minir Qərar 2020-ci il 8 sentyabr tarixindən qüvvəyə minir
  • Toplum
  • 4 Sentyabr 2020 20:08
  •  3 355

İctimai yerlərdə toplaşmaqla bağlı qərarda dəyişiklik edildi

Qərar 2020-ci il 8 sentyabr tarixindən qüvvəyə minir

İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

AzNews.az xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına edilən dəyişiklikdə öz əksini tapıb.

Qeyd edək ki, bundan əvvəl insanların 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmişdi.

Qərar 2020-ci il 8 sentyabr tarixindən qüvvəyə minir.