Tramp İran nümayəndələri ilə görüşə bilər

ABŞ prezidenti Donald Tramp Tehranın nüvə proqramını müzakirə etmək üçün İran nümayəndələri ilə görüşə bilər.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ prezidenti jurnalistlərə açıqlaması zamanı məlumat verib.

O bildirib ki, yanvarın 10-da İran rəhbərliyinin nümayəndələrinin görüşlə bağlı onunla telefon danışığı baş tutub.

"Görüşdən əvvəl hərəkətə keçməli ola bilərik. Görüş təşkil olunmaq üzrədir. İrandan zəng ediblər. Onlar danışıqlar aparmaq istəyirlər", - Tramp deyib.

Agentliyin məlumatına görə, Tramp bildirib ki, Vaşinqton İranın müxalif qüvvələri ilə də əlaqə saxlayır.

Aznews.az