Yaxın Şərqdəki gərginlik Avropanın enerji təhlükəsizliyini təhdid edir - Reuters

Avropa ölkələri Hörmüz boğazında gəmiçiliyin uzunmüddətli pozulacağı təqdirdə ciddi təbii qaz çatışmazlığı ilə üzləşə bilər.

Bu barədə Reuters məlumat yayıb.

Agentliyin məlumatına görə, hazırda Avropa üzrə qaz anbarlarının doluluq səviyyəsi 35 faizdən bir qədər çoxdur ki, bu da mövsümi normadan xeyli aşağı hesab olunur. Avropa İttifaqı ölkələri qarşıdakı qış mövsümünə qədər yay ərzində ehtiyatları təcili şəkildə artırmağa çalışır.

Equinornin qaz və elektrik ticarəti üzrə baş vitse-prezidenti Helle Osterqard Kristiansen bildirib ki, Yaxın Şərqdəki müharibə dərhal başa çatsa və boğazdan qaz nəqli tezliklə bərpa olunsa belə, Avropanın anbarlarını maksimum 75 faiz səviyyəsinə çatdırmaq mümkün olacaq.

Onun sözlərinə görə, əgər Hörmüz boğazındakı məhdudiyyətlər bir aydan üç aya qədər davam etsə, vəziyyət kritik həddə çata bilər.

Mövsüm,

AzNews.az