Trampın Polşa qərarı NATO müttəfiqlərini çaşdırdı

ABŞ prezidenti Donald Trampın Polşaya əlavə 5 min hərbçi göndərilməsi barədə qərarı NATO müttəfiqləri arasında çaşqınlıq yaradıb.

Tramp “Truth Social” platformasında paylaşım edərək ABŞ qüvvələrinin Polşaya göndəriləcəyini açıqlayıb. Lakin hərbçilərin daimi, yoxsa rotasiya əsasında yerləşdiriləcəyi barədə məlumat verilməyib.

Bu açıqlama ABŞ vitse-prezidenti JD Vensin iki gün əvvəl Polşaya 4 min hərbçinin göndərilməsi planının ləğvini müdafiə etməsindən sonra gəlib. Vens bildirmişdi ki, Polşa ABŞ dəstəyi ilə özünü müdafiə etməyə qadirdir və mediada məsələ həddindən artıq şişirdilir.

Radoslav Sikorski Trampın yeni qərarını müsbət qarşılayaraq “sonu yaxşı olan hər şey yaxşıdır” deyib.

Bununla yanaşı, Mariya Malmer Stenerqard ABŞ-nin NATO çərçivəsində kollektiv müdafiə ilə bağlı mövqeyini “həqiqətən qarışıq və izləməsi çətin” adlandırıb.

Məqalədə qeyd olunur ki, son aylarda ABŞ administrasiyası NATO üzvlərini İrana qarşı ABŞ və İsrailin həyata keçirdiyi hərbi əməliyyatlara qoşulmamaqda sərt şəkildə tənqid edib.