- Dünyanın halı
- 16:16
- 1 013
KİV: ABŞ və İran arasında yeni razılaşma hazırlanır
İran ilə ABŞ arasında hazırlanan mümkün razılaşma layihəsi Vaşinqtonun sanksiyaları ləğv etməsini, əvəzində isə Tehranın müəyyən şərtləri yerinə yetirməsini nəzərdə tutur.
Bu barədə "Al Hadath" məlumat yayıb.
Məlumata görə, ABŞ gələcək razılaşma çərçivəsində İrana qarşı tətbiq olunan məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırmağa hazırdır.
Bunun müqabilində isə Tehran tərəfi sazişdə nəzərdə tutulan bütün şərtlərə tam və dəqiq əməl etməlidir.
Hazırda tərəflər arasında mümkün razılaşmanın detalları ilə bağlı danışıqların davam etdiyi bildirilir.
Mövsüm,
AzNews.az