- Toplum
- 13 Sentyabr 2020 12:05
- 3 130
Bölgələrdə koronavirusla bağlı SON VƏZİYYƏT
Ən az yoluxma 0,4 faizlə Naxçıvan Muxtar Respublikasındadır
Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.
Modern.az saytı koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəmlər ən çox yoluxmanın Bakıda qeydə alındığını göstərir.
Bununla belə əvvəlki göstəricələrlə müqayisədə Bakıda yoluxma 1 faiz azalıb. Bundan əvvəl ölkə üzrə ümumi yoluxmanın 56,2 faizi paytaxın payına düşürdüsə, hazırda bu rəqəm 56,1 faiz təşkil edir.
Sonrakı yerlərdə 15,6 faizlə Abşeron, 10,4 faizlə Aran, 6,4 faizlə Gəncə-Qazax, 4,3 fazilə Lənkəran, 2,1 faizlə Quba-Xaçmaz, 1,8 faizi Şəki-Zaqatala, 1,6 faizlə Dağlıq Şirvan, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb.
Rəsmi məlumata görə, ən az yoluxma 0,4 faizlə Naxçıvan Muxtar Respublikasındadır.
Həmçinin qeyd edilib ki, Azərbaycandakı koronaviruslu xəstələrin 0,7 faizi ölkə xaricində yoluxanlardır.
Son məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 2 nəfər vəfat edib.