Müsabiqənin nəticələri sentyabrın 15-də saat 13:45-dən etibarən internet səhifəsində yerləşdirib Müsabiqənin nəticələri sentyabrın 15-də saat 13:45-dən etibarən internet səhifəsində yerləşdirib
  • Toplum
  • 15 Sentyabr 2020 20:11
  •  2 865

Kolleclərə müsabiqənin nəticələri açıqlandı

Müsabiqənin nəticələri sentyabrın 15-də saat 13:45-dən etibarən internet səhifəsində yerləşdirib

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

AzNews.az xəbər verir ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar 2020-ci il sentyabrın 16-dan 25-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini sentyabrın 15-də saat 13:45-dən etibarən internet səhifəsində yerləşdirib.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.