Qərarın gizli olması təklif edilir Qərarın gizli olması təklif edilir
  • Toplum
  • 17 Sentyabr 2020 18:21
  •  4 357

Azərbaycanda fəxri adların verilməsi qaydası dəyişəcək

Qərarın gizli olması təklif edilir

Mədəniyyət naziri səlahiyyətlərini icra edən Anar Kərimov fəxri adların verilməsi sahəsində bəzi şəxslərin sui-istifadə hallarına yol verdiyini açıqlayıb.

AzNews.az xəbər verir ki, A. Kərimov Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında qeyd edib ki, bu sahədə yeniliklər olacaq: “Çünki fəxri adların verilməməsinə görə, bəzi şəxslərin mədəniyyət nazirliyinə, hətta dövlətə inamı azalıb. Bu sahədə dəqiq və əvvəlcədən müəyyən edilmiş bir neçə meyar və bu prosesdə qərarverici gizli qurum olacaq.

Qərarın gizli olması təklif edilir. Çünki belə olan halda sui-istifadə hallarının qarşısı alınacaq. Biz istərdik ki, fəxri adlar alan insanlar xalq qarşısında öhdəliklər götürsün. Sovet vaxtında fəxri ad alan şəxslər dövləti tərifləyirdilər. Ancaq biz istərdik ki, onlar xalq qarşısında öhdəlik götürsünlər. Cəmiyyəti həmrəyliyə səsləsinlər”.