Birdəfəlik ovçuluq lisenziyalarını alanda həmin şəxslərə pandemiya qaydalarına əməl etməli olduqları xatırladılır Birdəfəlik ovçuluq lisenziyalarını alanda həmin şəxslərə pandemiya qaydalarına əməl etməli olduqları xatırladılır
  • Toplum
  • 25 Sentyabr 2020 10:42
  •  2 207

Pandemiya şəraitində ov necə həyata keçirilməlidir? - Açıqlama

Birdəfəlik ovçuluq lisenziyalarını alanda həmin şəxslərə pandemiya qaydalarına əməl etməli olduqları xatırladılır

Azərbaycan Respublikası ərazisində 2020-2021-ci illərin ov mövsümü 2020-ci il 1 sentyabr tarixindən etibarən açıq elan edilib.

Həmçinin ov mövsümünün başlanması ilə bağlı vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları, ov icazələrinin bölgü cədvəlləri də hazırlanaraq nazirliyin saytına yerləşdirilib.

Hazırda dünyada olduğu kimi Azərbaycanda da pandemiya şəraiti davam edir. Bu vəziyyətdə “ov mövsümü zamanı hansı qaydalara əməl olunmalıdır və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı hər hansısa qadağalar qoyubmu” sualı bir çoxlarını narahat edir.

Məsələ ilə bağlı AzNews.az -a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunası Xidmətinin rəis müavini Arzu Səmədova ovun açıq ərazidə həyata keçirildiyini vurğulayaraq xüsusi bir qaydaya ehtiyac olmadığını bildirib:

“Ov açıq ərazilərdə, daha dəqiq desək ovçuluq təsərrüfatlarında və ov üçün müəyyən olunmuş sahələrdə həyata keçirilir. Buna görə də xüsusi bir qaydaya, qadağaya ehtiyac duyulmur. Amma yenə də tövsiyyə olunur ki, pandemiya qaydalarına əməl olunsun. Hazırda quş ovu açıq elan olunub və bir baş quş üçün bir neçə nəfərin iştirakına icazə verilmir. Birdəfəlik ovçuluq lisenziyalarını alanda həmin şəxslərə pandemiya qaydalarına əməl etməli olduqları xatırladılır”.

Səidə

AzNews.az