23 dərəcə isti olacaq 23 dərəcə isti olacaq
  • Toplum
  • 4 Oktyabr 2020 12:20
  •  4 551

Sabahın hava proqnozu açıqlanıb

23 dərəcə isti olacaq

Oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən AzNews.az-a verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 21-24, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz olacaq.

Oktyabrın 5-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17, gündüz 18-23, dağlarda gecə 2-6, gündüz 8-11 dərəcə isti olacaq.