- Toplum
- 15 Oktyabr 2020 16:00
- 4 782
Azərbaycanda daha 33 şagird koronavirusa yoluxub
Təhsil Nazirliyinin məlumatı
Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
Nazirlikdən AzNews.az-a bildirilib ki, 14 şagirdin hərarəti 2 dərəcədən yuxarı olub.
Daha 33 şagird və 12 işçidə koronavirus aşkarlanıb.
Distant təhsilə keçmiş siniflərin sayı isə 8, məktəblərin sayı isə 7-dir.
Əyani təhsilə qaytarılmış siniflərin sayı 3-dür
İndiyə qədər ölkə üzrə 37 məktəb, 60 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.