Səfirlik mərhumun ailəsi və dostlarına dərin hüznlə başsağlığı verir Səfirlik mərhumun ailəsi və dostlarına dərin hüznlə başsağlığı verir
  • Toplum
  • 24 Oktyabr 2020 19:54
  •  4 596

Rusiya səfirliyi Gəncədə həlak olan Arturla bağlı məlumat yaydı

Səfirlik mərhumun ailəsi və dostlarına dərin hüznlə başsağlığı verir

Rusiyanın Azərbaycandakı səfirliyi Gəncənin yaşayış məntəqələrinin "SCUD" tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış və bu gün vəfat etmiş Rusiya Federasiyası vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviçlə bağlı məlumat yayıb.

AzNews.az xəbər verir ki, səfirliyin tvitter hesabında yayılan məlumatda bildirilir:

"24 oktyabrda Gəncə şəhərindəki bir xəstəxanada 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Vasilyeviç Mayakov, 17 oktyabrda raket hücumu nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. Səfirlik mərhumun ailəsi və dostları ilə əlaqə saxlayır və onlara dərin hüznlə başsağlığı verir".