Allah rəhmət eləsin! Allah rəhmət eləsin!
  • Toplum
  • 25 Noyabr 2020 17:00
  •  2 477

BDU-nun dekanı vəfat edib

Allah rəhmət eləsin!

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov vəfat edib.

AzNews.az xəbər verir ki, o, 62 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Məhəmmədəli Ramazanov 1958-ci il oktyabrın 31-də Qərbi Azərbaycanın Spitak rayonunun Qursalı kəndində zəhmətkeş ailəsində anadan olub.

2012-ci ildən BDU-nun Fizika fakültəsinin dekanı idi.