Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir
  • Toplum
  • 30 Noyabr 2020 11:17
  •  4 288

Marketə gedən koronavirus xəstəsinə cinayət işi başlanıldı

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir

Zərdabda marketə gedən koronavirus xəstəsi barədə cinayət işi başlanılıb.

Zərdab rayon prokurorluğundan AzNews.az-a verilən məlumata görə, Zərdab rayon sakini 1971-ci il təvəllüdlü Ağayev Səbuhi İlyas oğlu 19.11.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 27.11.2020-ci il tarixdə Zərdab rayonu ərazisində ərzaq mağazasında rayon sakinləri ilə təmasda olaraq epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Zərdab rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Zərdab rayon Polis Şöbəsinə göndərilib. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.