Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir
  • Toplum
  • 3 Dekabr 2020 12:54
  •  2 354

Sakinlərlə təmasda olan koronavirus xəstəsinə cinayət işi başlandı

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir

Zərdab rayon sakini 1993-cü il təvəllüdlü Məmmədov Eşqin Nazir oğlu “Covid-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 01.12.2020-ci il tarixdə Zərdab rayonu ərazisində rayon sakinləri ilə təmasda olmaqla epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Zərdab rayon prokurorluğundan AzNews.az-a verilən məlumata görə, faktla bağlı Zərdab rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Zərdab rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.