VK bir müddət əvvəl onlarla üzvünün koronavirusa yolxuduğunu açıqlamışdı VK bir müddət əvvəl onlarla üzvünün koronavirusa yolxuduğunu açıqlamışdı
  • Toplum
  • 3 Dekabr 2020 18:19
  •  6 159

Daha bir vəkil koronavirusdan vəfat edib

VK bir müddət əvvəl onlarla üzvünün koronavirusa yolxuduğunu açıqlamışdı

Azərbaycanda daha bir vəkil vəfat edib.

AzNews.az Vəkillər Kollegiyasına istinadən xəbər verir ki, bu gün "Lider" Vəkil Bürosunun müdiri Əli Ələkbərov COVİD-19 xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, bu gün tanınmış vəkil Adil İsmayılov da koronavirus səbəbindən vəfat edib. Daha əvvəl isə Tərtər rayon Vəkil Bürosunun üzvü Yusif Seyidov, 22 saylı Vəkil Bürosunun rəhbəri Tahir Əlirzayev COVİD-19 xəstəliyindən ölüblər.

VK bir müddət əvvəl onlarla üzvünün koronavirusa yolxuduğunu açıqlamışdı.