AFFA qeyri-sabit hava şəraiti səbəbindən liqa oyunlarını təxirə salıb

AFFA-nın bayrağı altında təşkil edilən liqalarda həftəsonu keçirilməsi planlaşdırılan oyunlar təxirə salınıb.

Aznews.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bu, AFFA U-15, AFFA U-16, AFFA U-17 və AFFA Gənclər Liqasının matçlarına aiddir. Qarşılaşmalar qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.