Əməkdaşlar könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti köçürüb Əməkdaşlar könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti köçürüb
  • Toplum
  • 9 Dekabr 2020 18:32
  •  3 195

DTX əməkdaşları “YAŞAT” Fonduna 500 min manat köçürdü

Əməkdaşlar könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti köçürüb

DTX əməkdaşları “YAŞAT” Fonduna dəstək olub.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən AzNews.az-a daxil olan məlumata görə, DTX əməkdaşları Azərbaycan Prezidentinin 08 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti köçürüb.