İstintaq araşdırmaları davam etdirilir İstintaq araşdırmaları davam etdirilir
  • Toplum
  • 16 Dekabr 2020 11:30
  •  4 573

49 COVID-19 xəstəsi küçədə saxlanıldı

İstintaq araşdırmaları davam etdirilir

Dünən evdən çıxan 49 nəfər COVID-19 xəstəsi aşkar olunaraq geri qaytarılıb.

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, dekabrın 15-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 49 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb və tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarılıblar.

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə 32 nəfər barəsində cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.