Koronavirus infeksiyasının yayılması üçün real təhlükə Koronavirus infeksiyasının yayılması üçün real təhlükə
  • Toplum
  • 22 Dekabr 2020 11:30
  •  5 572

27 koronavirus xəstəsi saxlanılıb

Koronavirus infeksiyasının yayılması üçün real təhlükə

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 21-də epidemiya əleyhinə, sanitariya-gigiyena karantin rejiminə əməl etməyən 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 21 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.