• Toplum
  • 26 Dekabr 2020 14:32
  •  316

DTX Cıdır düzündəki konsertin videosunu yaydı

Video DTX-nin rəsmi yutub hesabında yerləşdirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin Şuşada təşkil etdiyi konsertin geniş görüntüləri yayılıb.

AzNews.az-ın verdiyi xəbərə görə, video DTX-nin rəsmi yutub hesabında yerləşdirilib. Bildirilib ki, işğaldan azad olunmuş Şuşa şəhərində qulluq keçən hərbçilər üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi tərəfindən məşhur Cıdır düzündə 30 ildən sonra ilk dəfə konsert proqramı keçirilib.

Qeyd edək ki, konsertdə xalq artisti Tünzalə Ağayeva, Ənvər Sadıxov və əməkdar artist Abbas Bağırov, xanəndə Almaz Orucova, müğənni Azad Şabanov çıxış edib.