Vətəndaş aidiyyəti üzrə təhvil verilib Vətəndaş aidiyyəti üzrə təhvil verilib
  • Toplum
  • 26 Dekabr 2020 20:46
  •  4 323

Bulvarda dənizə düşən şəxs xilas edildi

Vətəndaş aidiyyəti üzrə təhvil verilib

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.