Orta aylıq pensiyaların məbləği 338 manata yüksələcək Orta aylıq pensiyaların məbləği 338 manata yüksələcək
  • Toplum
  • 28 Dekabr 2020 13:37
  •  3 536

“Müavinətlərdə də xeyli artımlar planlaşdırılır”

Orta aylıq pensiyaların məbləği 338 manata yüksələcək

“Gələn il pensiyalar 9,3 faiz artırılacaq”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsini təqdim edərkən deyib.

O qeyd edib ki, orta aylıq pensiyaların məbləği 338 manata yüksələcək: “Yaşa görə pensiyaların orta aylıq məbləğinin isə 370 manata çatacağı gözlənilir. Həmçinin müavinətlərdə də xeyli artımlar planlaşdırılır”.