• Toplum
  • 30 Dekabr 2020 15:15
  •  206

Gənclər və İdman Nazirliyi 2020-ci ilin hesabatını açıqladı

68 beynəlxalq yarışda ölkə yığmalarının iştirakı təmin olunub

Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) 2020-ci il üçün hesabatı açıqlanıb.

AGİN-in Mətbuat katibi Səmayə Məmmədovanın AzNews.az-a verdiyi məlumata görə, qurumun cari il üçün təsdiq etdiyi tədbirlər planına əsasən il ərzində respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkədə 64 respublika birinciliyi, 22 beynəlxalq yarış təşkil edilib.

68 beynəlxalq yarışda ölkə yığmalarının iştirakı təmin olunub.

Ümumilikdə, 2020-ci il ərzində Gənclər və İdman Nazirliyinin Mərkəzi Aparatının dəstəyi ilə gənclər siyasəti sahəsində 148 tədbir keçirilib. Onlardan 129-u yerli, 19-u isə beynəlxalq səviyyəli olub.

Tədbirlərin 116-sı virtual məkanda, 32-i isə əyani olaraq gerçəkləşib. 14 nəfər xarici ölkələrə ezam olunub, 98 nəfər isə Azərbaycanda qəbul edilib.