İmtahan sessiyası distant formada olmaqla 4 həftə müddətində keçiriləcək İmtahan sessiyası distant formada olmaqla 4 həftə müddətində keçiriləcək
  • Toplum
  • 11 Yanvar 2021 12:35
  •  3 067

İmtahanlar bu formada keçiriləcək - Açıqlandı

İmtahan sessiyası distant formada olmaqla 4 həftə müddətində keçiriləcək

“Bu gündən başlayaraq Ali və orta ixtisas təhsil müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılır”.

AzNews.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O, bununla bağlı Təhsil nazirinin müvafiq əmr imzaladığını qeyd edib:

“Bu əmrə əsasən ali və orta ixtisas təhsil müəssisələrində imthan qərargahları yaradılıb.

1. İmtahan sessiyası distant formada olmaqla 4 həftə müddətində keçiriləcək;

2. Müəyyən fənlər üzrə imtahanlar əyani formada keçirildiyi təqdirdə koronovirus infeksiyasının profilaktikasına dair metodik göstərişlərə riayət olunacaq;

3. İmtahanın təşkilində nöqsanlara yol verən şəxslər barədə müvafiq qaydada tədbirlər görüləcək;

4. Sessiya bitdikdən sonra nəticələr barədə 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat təqdim ediləcək".

Səidə

AzNews.az