Müzakirələrə açığıq Müzakirələrə açığıq
  • Toplum
  • 13 Yanvar 2021 15:50
  •  3 689

Yeni Agentliyin direktoru jurnalistlərə müraciət etdi

Müzakirələrə açığıq

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov jurnalistlərə müraciət edib.

Ə.İsmayılov “Real tv”yə müsahibəsi zamanı jurnalistlərlə birlikdə müzakirələrə açıq olduğunu vurğulayıb.

“Agentlik olaraq, media subyektləri, jurnalistlər və media sahəsində çalışan ekspertlər tərəfindən verilən təkliflərə həmişə açığıq. Müzakirələrə açığıq. Onların təkliflərini müzakirə etməyə həmişə hazırıq. Onlar bu istiqamətdə bütün səylərini əsirgəməsinlər”, - deyə icraçı direktor bildirib.

AzNews.az