Allah rəhmət eləsin! Allah rəhmət eləsin!
  • Toplum
  • 16 Yanvar 2021 14:15
  •  3 965

Şəhid hərbçimiz Saatlıda dəfn edilib - FOTOLAR

Allah rəhmət eləsin!

Vətən müharibəsində şəhid olan Ələm Hüseynov Saatlıda dəfn edilib.

AzNews.az bildirir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonu Azadakənd kənd sakini, 1996-cı il təvəllüdlü Hüseynov Ələm Sərvər oğlunun nəşi bu gün Saatlı rayonuna aparılıb. Şəhid doğulduğu Azadakənd kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki,Ə.Hüseynov 2020-ci il oktyabrın 30-da Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!

image description image description image description image description image description image description