Yanğınsöndürmə qüvvələrinin səyi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb Yanğınsöndürmə qüvvələrinin səyi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb
  • Toplum
  • 16 Yanvar 2021 21:56
  •  4 632

Zabratda yanğın söndürülüb - Yenilənib

Yanğınsöndürmə qüvvələrinin səyi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində qamışlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə AzNews.az FHN-ə istinadən xəbər verir.

Əlavə məlumat veriləcək.

19:24
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Yanğınsöndürmə qüvvələrinin səyi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.