Sərt karantinin yenidən tətbiq edilməməsi həmçinin iqtisadi baxımdan da vacibdir Sərt karantinin yenidən tətbiq edilməməsi həmçinin iqtisadi baxımdan da vacibdir
  • Toplum
  • 18 Yanvar 2021 10:55
  •  6 216

"Vaksinasiya uğurlu olarsa, aprel ayınadək..."

Sərt karantinin yenidən tətbiq edilməməsi həmçinin iqtisadi baxımdan da vacibdir

Bu gündən etibarən sərt karantin rejimi mərhələli şəkildə yumşalacaq. Azərbaycan həmçinin vaksinasiya prosesinə də başlayır.

AzNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov karantin rejiminin yumşaldılmasını şərh edərkən deyib.

O qeyd edib ki, əksər aparıcı ölkələrdə də vaksinasiya prosesinə start verilib: “Bununla belə, hələlik qlobal pandemiyanın davam etmə müddəti ilə bağlı proqnozlar çox da nikbin deyil. Amma vaksinasiya uğurlu olarsa, o zaman pandemiya aprel ayınadək lokallaşdırıla bilər. Ölkəmizdə yumşalmadan sonra yenidən sərt karantin rejiminə qayıtmamağımız eyni zamanda hər birimizin qaydalara əməl etməyimizdən asılı olacaq. Bir sıra Mərkəzi Avropa ölkələrin təcrübəsi göstərir ki, pandemiyanın lokallaşmasında qaydalara əməl etmə səviyyəsi aparıcı faktorlardandır".

Deputat əlavə edib ki, sərt karantinin yenidən tətbiq edilməməsi həmçinin iqtisadi baxımdan da vacibdir: "Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 81.5 min vətəndaşımız çalışır. Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçı var. Nəzərə almaq lazımdır, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir. Bu baxımdan, həm sağlamlığımızı qorumaq, həm də iqtisadi təsirlər baxımdan qaydalara əməl edərək pandemiyanın lokallaşdırılmasına töhvə verməyimizə ehtiyac var”.

Səidə

AzNews.az