Şəhid oğlunuz öz əsgər borcunu şərəflə yerinə yetirib Şəhid oğlunuz öz əsgər borcunu şərəflə yerinə yetirib
  • Toplum
  • 25 Yanvar 2021 22:37
  •  5 591

Qənirə Paşayeva şəhid ailələri ilə görüşdü - FOTOLAR

Şəhid oğlunuz öz əsgər borcunu şərəflə yerinə yetirib

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva şəhid Milli Qəhrəman Əliyar Əliyevin qızı Pərvanə Haşımova ilə parlamentdə görüşüb.

AzNews.az xəbər verir ki, komitə sədri şəhid qızını, onu tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Sizi, Sizin timsalınızda bütün Milli Qəhrəman və şəhid ailələrini torpaqlarımızın düşmən işğalından azad olunması münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm! Qəhrəman Vətən oğullarının fədakarlığı sayəsində xalqımızın 30 illik həsrətinə son qoyulub.

I Qarabağ müharibəsində fədakarlıqla iştirak edib, qəhrəmanlıqlar göstərən Əliyar Əliyevin ruhu bugün şaddır, onun yetirmələri, silahdaşları, doğmaları da Vətən Müharibəsində döyüşdü, qələbəmizə öz xüsusi töhfələrini verdi.

Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz şəhid ailələrisiz.

Sizi bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

Q.Paşayeva şəhid Milli Qəhrəmanının qızına Mədəniyyət Komitəsi adından Məktub təqdim edib.

Qəhrəmanın qızı səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.

***

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonunun Alakol kəndinin sakini, qəhrəman şəhid Cavid Hüseynovun atası Hümbət Hüseynovla Milli Məclisdə görüşüb, onu düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, qayğıları ilə maraqlanıb:

“Əziz şəhid atası, Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş oğulun atasısız. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik. Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır.

Şəhid oğlunuz öz əsgər borcunu şərəflə yerinə yetirib. Dövlət başçısı oğlunuzu medallarla təltif edib.

Oğlunuz və silahdaşlarının sıralarında döyüşdüyü Ordumuzun rəşadəti sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!

Q.Paşayeva şəhid atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından Məktub və üzərində “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.

image description image description