Qar yağacağı gözlənilir Qar yağacağı gözlənilir
  • Toplum
  • 27 Yanvar 2021 18:03
  •  8 084

Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi

Qar yağacağı gözlənilir

Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AzNews.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 28-i axşamdan 29-u gündüzədək şimal-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

Yanvarın 28-i axşamdan 29-u gündüzədək Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, arabir 20-25 m/s-dək güclənəcəyi, yanvarın 29-30-da bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir.