Sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür Sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür
  • Toplum
  • 23 Fevral 2021 10:20
  •  4 969

Bakı Dairəvi Yolunda qəza tıxaca səbəb oldu

Sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür

Bakı 3-cü Dairəvi Yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil satışı mərkəzinin yaxınlığında, Lökbatan istiqaməti üzrə yolda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində yaranan qəza hər iki istiqamət üzrə avtomobillərin sıxlığına səbəb olub.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hazırda YPX əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması üçün tədbirlər görürlər:

“Yolun hər iki istiqamətində yaranan süni sıxlığa digər avtomobil sürücülərinin bir neçə saniyəlik də olsa sürəti azaldaraq qəzanı müşahidə etməsi səbəb olur” – deyə V.Əsədov bildirib

Şöbə rəisi əlavə edib ki, qəzanın ağırlıq dərəcəsi və detalları barədə əlavə məlumat veriləcək. (report)

AzNews.az