• Toplum
  • 28 Fevral 2021 17:00
  •  6 481

COVID-19 infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb

117 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 234 537 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 768 nəfər müalicə olunaraq sağalıb, 3 220 nəfər vəfat edib, aktiv xəstə sayı 2 544 nəfərdir.