Vətəndaşın son anda suya atılmasının və intihara cəhdinin qarşısı alınıb Vətəndaşın son anda suya atılmasının və intihara cəhdinin qarşısı alınıb
  • Toplum
  • 14 Mart 2021 15:06
  •  4 731

Sumqayıtda Dənizkənarı Bulvarda intihara cəhdin qarşısı alınıb

Vətəndaşın son anda suya atılmasının və intihara cəhdinin qarşısı alınıb

Martın 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində Dənizkənarı Bulvarda bir nəfər vətəndaşın intihara cəhd etməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, dərhal əraziyə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Dalğıc-xilasetmə qrupunun ciddi səyləri nəticəsində vətəndaşın son anda suya atılmasının və intihara cəhdinin qarşısı alınıb.